İran-Azərbaycan R. media həmkarlığı genişlənir
https://azeri.sahartv.ir/news/azərbaycan-i326516-İran_azərbaycan_r._media_həmkarlığı_genişlənir
AzərTAc-ın baş direktoru Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında media həmkarlığının genişləndirilməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 25, 2018 06:17 Asia/Baku
  • İran-Azərbaycan R. media həmkarlığı genişlənir

AzərTAc-ın baş direktoru Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında media həmkarlığının genişləndirilməsini istəyib.

Azərbaycan Respublikasının rəsmi xəbər agentliyi AzərTAc-ın baş direktoru Aslan Aslanov Bakıda İranın IRNA xəbər agentliyinin icraçı müdiri Seyid Ziya Haşemi ilə görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı qədim tarixli əlaqələri vurğulayıb. O, deyib: Qərb ölkələrinin siyasətçiləri və dövlət başçıları gəlirlər və gedirlər, amma sonda qonşular və qardaşlıq əlaqələri qalır.

Aslanov söyləyib: Amerikalılar Azərbaycan Respublikasından İran İslam Respublikasına qarşı istifadə etmək istəyərkən Azərbaycan Respublikasının prezidenti açıq şəkildə bildirdi ki, heç kəsə bu ölkə ərazisindən İrana qarşı istifadə icazəsi verməyəcəkdir.

AzərTAc-ın baş direktoru həmçinin dünyada qeyri-düzgün və yalan xəbər və informasiyaların yayılması probleminə toxunub. Bildirib ki, yalan xəbərlərlə mübarizə Bakı Beynəlxalq Humanitar Forumunun mehvərlərindəndir.

IRNA xəbər agentliyinin icraçı müdiri Seyid Ziya Haşemi 6-cı Bakı Beynəlxalq Humanitar Forumunda iştirak və çıxış etmək məqsədilə dünən səhər Bakıya daxil olub.

6-cı Bakı Beynəlxalq Humanitar Forumu 97 ölkə və 24 beynəlxalq orqandan olan 580 beynəlxalq şəxsiyyətin iştirakı ilə bu gün Bakıda Heydər Əliyev adına mədəniyyət mərkəzində başlanacaq.