EKO-nun mədəniyyət müəssisəsinin iranlı rəhbəri Azərbaycan Milli Məclisinin komissiya sədri ilə görüşüb
EKO mədəniyyət müəssisəsinin sədri Bakıda Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komissiyasının sədri ilə görüşündə deyib: İranın bu mədəniyyət müəssisəsinə rəhbəriliyi müddətində kollektiv tədbirlərlə hər 10 üzvü idarə etməyə səy göstərəcəyik.
İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, Məhəmməd Mehdi Məzaheri İran İslam Respublikası İslami Şura Məclisinin İqtisadiyyat Komissiyasının rəyasət heyətinin üzvü Məsumə Ağapur Əlişahi eləcə də İranın Bakıdakı mədəniyyət attaşesi Əsğər Farsi ilə birlikdə Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komissiyasının sədri və Nizami adına müzeyin rəhbəri Rafail Hüseynov ilə görüşüblər.
Görüşdə Məzahiri yaxın günlərdə Nizami Gəncəvinin yübleyinin Təbrizdə və Xəyyam Neyşaburinin yübleyinin Bakıda keçiriləcəyini xatırladaraq deyib: Nizami, Mövlana, İqbal və Hafiz böyük bir sivilizasiyanın halqalarıdır və bu arada Nizami Gəncəvi əxlaqiyyat baxımından tutduğu mövqedə başqalarından daha da seçilir.
Görüşdə Rafail Hüseynov da iki qonşu, dost və qardaş ölkə olan İran və Azərbaycan Respublikası arasındakı münasibətlərin inkişafına toxunaraq deyib: Hərhansı ixtilaflı məsələlərdən çəkinmək və ortaqlıqlar üzərində işləmək lazımdır.