Azərbaycan Respublikasında ərbəin mərasimi keçirilib
Okt 31, 2018 07:28 Asia/Baku
-
Azərbaycan Respublikasında ərbəin mərasimi keçirilib
Dünən gecə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin məscidləri və dini məkanlarında İmam Hüseyn(ə) və o həzrətin vəfalı köməkçilərinin şəhadətinin ərbəini mərasimi keçirilib.
İRNA-nın verdiyi məlumata görə, Ərbəin mərasimində iştirak edənlər, növhə oxuyub, sinə vurub, Əba Əbdillahil Hüseynin(ə) matəmində gözyaşları axıdıb və o həzrətə olan sevgi və məhəbbətlərini nümayiş etdiriblər.
İmam Hüseyn(ə) ərbəin mərasimləri Azərbaycanın digər şəhərlərində o sıradan da Sumqayıt , Gəncə , Lənkəran və Masallıda da keçirilib.
Bu ildə ötən illərdə olduğu kimi, on minlərlə Azərbaycan Respublikası vətəndaşı və əhli-beyt aşiqi İran İslam Respublikası ərazisi vasitəsi ilə Kərbəla ziyarətinə gediblər.