Azərbaycan və Ermənistan başçıları münaqişə məntəqəsində gərginliyin azaldılmasına təkid ediblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i327232-azərbaycan_və_ermənistan_başçıları_münaqişə_məntəqəsində_gərginliyin_azaldılmasına_təkid_ediblər
Minsk Qrupunun həmsədrləri bir bəyanat yayaraq, Azərbaycan və Ermənistan rəhbərliyinin münaqişə məntəqəsində gərginliyin azaldılmasına təkid etdiklərini bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 06, 2018 09:41 Asia/Baku
  • Azərbaycan və Ermənistan başçıları münaqişə məntəqəsində gərginliyin azaldılmasına təkid ediblər
    Azərbaycan və Ermənistan başçıları münaqişə məntəqəsində gərginliyin azaldılmasına təkid ediblər

Minsk Qrupunun həmsədrləri bir bəyanat yayaraq, Azərbaycan və Ermənistan rəhbərliyinin münaqişə məntəqəsində gərginliyin azaldılmasına təkid etdiklərini bildiriblər.

Aran Nyus-un verdiyi məlumata görə, Minsk Qrupunun həmsədrləri Bakı və İrəvana olan səfərlərinin nəticələri habelə, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikola Paşinyan ilə görüşlərinə dair bəyanat yayıblar.

Həmsədrlər bu bəyanatda Bakı və İrəvanın münaqişə məntəqəsində gərginliyin azaldılmasına təkid etdiklərini xatırladaraq, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin cari ilin sonuna kimi görüşərəklərinin anonsunu veriblər. Görüşdə məqsəd Dağlıq Qarabağ münaqişəsinin həll yollarını araşdırmaqdır.

Minsk Qrupunun həmsədrləri 29 oktyabrda regiona səfər ediblər. Səfərdə məqsədin Dağlıq Qarabağ münaqişəsinin həll yollarını araşdırmaq olub.