İran və Azərbaycan universitetləri arasında əməkdaşlıqlar müzakirə edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i327922-İran_və_azərbaycan_universitetləri_arasında_əməkdaşlıqlar_müzakirə_edilib
İranın Ərdəbil şəhərinin Tibb Universitetinin rektoru Qüdrət Əxəvan Əkbər və Azərbaycan Respublikası Tibb Universitetinin rektoru Gəray Gəraybəyli dünən Bakıda iki elmi təhsil ocağı arasında əməkdaşlıqların genişləndirilməsi yollarını araşdırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 14, 2018 06:24 Asia/Baku
  • İran və Azərbaycan universitetləri arasında əməkdaşlıqlar müzakirə edilib
    İran və Azərbaycan universitetləri arasında əməkdaşlıqlar müzakirə edilib

İranın Ərdəbil şəhərinin Tibb Universitetinin rektoru Qüdrət Əxəvan Əkbər və Azərbaycan Respublikası Tibb Universitetinin rektoru Gəray Gəraybəyli dünən Bakıda iki elmi təhsil ocağı arasında əməkdaşlıqların genişləndirilməsi yollarını araşdırıblar.

İRNA-nın verdiyi məlumata görə, Ərdəbin Tibb Universitetinin rektoru bu görüşdə Azərbaycan tərəfi ilə əməkdaşlıqlarda maraqlı olduğunu bildirərək ilk mərhələdə iki universiteti müştərək elmi araşdırmalar və növbəti mərhələdə tələbə mübadiləsi üzrə əməkdaşlıqlar aparacaqlarına ümidvar olduğunu bildirib. 

Gəraybəyli də İran və Azərbaycan Respublikası universitetləri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. 

Görüşdə Azərbvaycan Tibb Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov də iki qonşu ölkə arasındakı tarixi, mədəni və dil ortaqlıqlarına toxunaraq iki ölkə universitetləri arasında əlaqələrin gücləndirilməsinə çağırıb.