Bakı Parisə etiraz edib
Azərbaycan Respublikası Fransanı beynəlxalq hüquq normalarına hörmətsizlikdə ittiham edib.
Azərbaycan Respublikasının xarici işlər nazirliyi bu gün bir bəyanatda qondarma Qarabağ respublikası başçısının Fransaya səfərinə reaksiya verərək, bildirib ki, Sahakyanın Parisə səfəri Bakı ilə Paris arasında imzlanmış razılaşmaların ruhuna ziddir.
Azərbaycan Respublikasının xarici işlər nazirliyinin bəyanatında deyilir: Fransanın hərəkəti bu ölkənin Azərbaycan Respublikasındakı yerinə ciddi zərbə vurur.
Zira Fransa tərəfindən qanunsuz bir rejimin təbliği üçün yaradılmış şərait Parisin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bitərəf mövqeyi barədə tərəddüdlər yaradır.
Azərbaycan Respublikası ilə Ermənistan arasındakı Qarabağ münaqişəsi 1998-ci ildə başlandı və 1992-ci ildə müharibəyə çevrildi. Bu münaqişə nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ məntəqəsi və yeddi ətraf rayonu Ermənistan qüvvələrinin işğalı altına keçdi.
1994-cü ilin mayında münaqişə tərəfləri arasında atəşkəs rejimi bərqərar edildi və Rusiya, Fransa və Amerikanın həmsədrlikləri altında olan Minsk qrupunun bu münaqişənin dinc həlli üzrə vasitəçiliyi inidiyədək davam edir.