Cəmil Həsənli və Əli Kərimli polisə aparılıb
Noy 17, 2018 22:48 Asia/Baku
Polis Bakıda müxalifət fəallarını saxlayıb. Saxlanılan müxalifətçilərlə bağlı həyata keçirilən prosedurlar haqqında hələlik heç bir rəsmi açıqlama verilməyib.
Səbail rayon Polis İdarəsinin qarşısına toplaşmış AXCP-çilər 13 patiya üzvü barəsində inzibati protokol tərtib edildiyini deyirlər. Bu haqda onlara polis idarəsindən məlumat verilib.
AXCP sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli də Səbail rayon Polis İdarəsinə aparılıb.
17 noyabr Milli Dirçəliş günündə Şəhidlər Xiyabanını ziyarət etmək istəyən müxalifətçilərin saxlandığı bildirilir.