Bakı, Sahakyanın Vaşinqtona səfərinə etiraz edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i328212-bakı_sahakyanın_vaşinqtona_səfərinə_etiraz_edib
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi qondarma Dağlıq Qarabağ respublikasının qondarma prezidenti Bako Sahakyanın Vaşinqtona səfərinə etiraz edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 18, 2018 11:20 Asia/Baku
  • Bakı, Sahakyanın Vaşinqtona səfərinə etiraz edib
    Bakı, Sahakyanın Vaşinqtona səfərinə etiraz edib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi qondarma Dağlıq Qarabağ respublikasının qondarma prezidenti Bako Sahakyanın Vaşinqtona səfərinə etiraz edib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu gün bir bəyanatda bildirib ki, qondarma Dağlıq Qarabağ respublikasının qondarma prezidenti Bako Sahakyanın Vaşinqtona səfəri bu ölkənin həmin qondarma respublikanı tanımamağa dair rəsmi mövqeyi ilə təzad təşkil edir.

Bu bəyanatda deyilir: Qarabağ münaqişəsinin həlli sahəsində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Amerikanın bu addımı ABŞ-ın Azərbaycan Respublikası ilə əlaqələrdəki sədaqətini şübhə altına alır.

Bundan öncə də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sahakyanın Parisə səfərinə etiraz etmişdi.