Azərbaycan Respublikasında terroçuluqda şübhəli bilinən üç nəfər həbs olunub
Azərbaycan Respublikasının təhlükəsizlik orqanı dünən İŞİD terrorçularını maliyyələşdirən beynəlxalq bir şəbəkənin üç üzvünün həbs olunmasından xəbər verib.
Azərbaycan Respublikası vətəndaşları İlqar Ağayev, Sahil İbrahimov və Namik Məmmədov Suriyada fəaliyyət göstərən İŞİD terrorçularını maliyyələşdirmək ittihamı ilə həbs olunub və məhkəmə hökmünə əsasən zindana göndəriliblər.
Bu şəxslər müxtəlif ölkələrdə yerləşən terror qruplarının üzvlərindən toplanmış pulları Suriyada fəaliyyət göstərən İŞİD terrorçularına köçürüblər.
Adları çəkilən şəxslər Suriyada fəaliyyət göstərən İŞİD terrorçularına bütövlükdə 500 min dollar pul göndəriblər.
Son illər ərzində Azərbaycan Respublikası, həmçinin Mərkəzi Asiya ölkələri, o sıradan Qırğızıstan və Tacikistan vətəndaşlarından bir çoxu İŞİD terror qrupunun üzvlüyünə qəbul olublar. İndiyədək bu ölkələrin vətəndaşlarından onlarla nəfər Suriya və İraqda öldrülübdür.