Neft payı Azərbaycan Respublikasının gələnilki büdcəsinin yarısını təşkil edir
https://azeri.sahartv.ir/news/azərbaycan-i328748-neft_payı_azərbaycan_respublikasının_gələnilki_büdcəsinin_yarısını_təşkil_edir
Azərbaycan Respublikasının 2019-cu il büdcə layihəsində dövlətin gəlirlərinin yarısının neft satışından təmin olunması nəzərdə tutulub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 25, 2018 10:26 Asia/Baku
  • Neft payı Azərbaycan Respublikasının gələnilki büdcəsinin yarısını təşkil edir
    Neft payı Azərbaycan Respublikasının gələnilki büdcəsinin yarısını təşkil edir

Azərbaycan Respublikasının 2019-cu il büdcə layihəsində dövlətin gəlirlərinin yarısının neft satışından təmin olunması nəzərdə tutulub.

Azərbaycan Respublikasının milli məclisi bu ölkənin 2019-cu il üzrə ümumi büdcəsini qəbul edib.

Bu büdcə 24 milyard 780 milyon manat təyin olunubdur ki, 2018-ci ilin büdcəsi ilə müqayisədə 7 faizdən çox artımdan xəbər verir.

2019-cu il üzrə ümumi büdcədə dövlət gəlirlərinin miqdarı da 22 milyard 917 milyon 500 min manat nəzərdə tutulubdur ki, öncəki il ilə müqayisədə 3,5 faiz çoxdur.

Bu layihədə neftin orta qiyməti hər barel üçün 60 dollar nəzərdə tutulubdur.

Azərbaycan Respublikasının milli məclisi qərar üzrə noyabrın 30-dək 2019-cu il üzrə ümumi büdcəsini qəbul etməlidir.