"Baba Pünhan" anıldı; İranın təşəbbüsü ilə
https://azeri.sahartv.ir/news/azərbaycan-i329204-baba_pünhan_anıldı_İranın_təşəbbüsü_ilə
Bir qrup mütəfəkkir, ziyalı, şair, ədəbiyyatçı və mədəniyyət xadiminin iştirakı ilə "Baba Pünhan" ləqəbi ilə tanınan Azərbaycanlı şair "Atababa Mədədzadə"nin anadan olmasının 70 illiyi münasibəti ilə İranın Bakıdakı səfirliyinin mədəniyyət mərkəzində anım mərasimi keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 01, 2018 14:44 Asia/Baku
  • Atababa Mədədzadə
    Atababa Mədədzadə

Bir qrup mütəfəkkir, ziyalı, şair, ədəbiyyatçı və mədəniyyət xadiminin iştirakı ilə "Baba Pünhan" ləqəbi ilə tanınan Azərbaycanlı şair "Atababa Mədədzadə"nin anadan olmasının 70 illiyi münasibəti ilə İranın Bakıdakı səfirliyinin mədəniyyət mərkəzində anım mərasimi keçirilib.

İRİB-nin verdiyi məlumata görə, İranın Bakıdakı səfirliyinin mədəniyyət attaşesi Əsğər Farsi bu mərasimdə etdiyi çıxışında Baba Pünhanın şəxsiyyətindən bəhs edərək, deyib: Bu görkəmli şair Əhl Beyt haqda da şerlər yazıb. Onun bu sahədəki bacarığını nəzərə alaraq, onun adı əbədi olaraq qalacaq. 

O, İmam Sadiqdən(ə) nəql olunan bir hədisə istinadla Əhl Beyt şairlərinin yerindən bəhs edib və Atababa Mədədzadəyə Allahdan rəhmət diləyib. 

Bu m ərasimdə iştirak edən bəzi şair və ziyalı da çıxış edərək, Baba Pünhanın yaradıcılığından bəhs ediblər. 

Atababa Mədədzadə 5 noyabr 1948-ci ildə Bakının Kürdəxanı kəndində anadan olub. O, 2004-cü ildə 56 yaşında vəfat edib. 

Bu azərbaycanlı şair müxtəlif ictimai və siyasi mövzularda bir çox əsərə malikdir. Həmçinin, Əhl Beyt haqda da bir sıra şerləri var.