Dek 04, 2018 21:32 Asia/Baku
  • Azərbaycan, İran, Türkiyə və Rusiya arasında informasiya texnologiyaları üzrə dördtərəfli əməkdaşlıq
    Azərbaycan, İran, Türkiyə və Rusiya arasında informasiya texnologiyaları üzrə dördtərəfli əməkdaşlıq

Türkiyənin nəqliyyat və infrastruktur naziri Bakı, Tehran, Ankara və Moskva arasında informasiya texnologiyaları sahəsində əməkdaşlıqların genişləndirilməsinə dair razılığın əldə olunmasından xəbər verib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Məhəmməd Cahid Turhan Bakıda keçirilən "Bakutel-2018" 24-cü Azərbaycan Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin kənarında deyib: Azərbaycan, Türkiyə, İran və Rusiya informasiya texnologiyaları sahəsində özəl şirkətlər arasında əməkdaşlıqlara münasib fürsətin yaradılması üçün müştərək bir investisiya planı üzərində razılığa gəliblər.

Türkiyənin nəqliyyat və infrastruktur naziri əlavə edib: Dörd ölkə bu anlaşmanı araşdırmaq üçün ilk iclasını Bakıda keçirtdi və tezliklə anlaşmanın detalları da razılaşdırılacaq.

Çərşənbə axşamı Bakıda keçirilən iclasda Azərbaycanın nəqliyyat, rabitə və  yüksək texnologiyalar naziri Ramin Quluzadə, İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi, Türkiyənin nəqliyyat və infrastruktur naziri Məhəmməd Cahid Turhan və Rusiyanın rabitə və informasiya naziri Nikolay Nikiforov iştirak edib. Bu iclasda yeni şirkətlər, peyk xidmətləri, kiber təhlükəsizlik və optik kabel şəbəkələri haqda fikir mübadiləsi aparılıb.

Teqlər