İranın sərhəd qoşunları komandanı Azərbaycan prezidenti ilə görüşdü
https://azeri.sahartv.ir/news/azərbaycan-i329939-İranın_sərhəd_qoşunları_komandanı_azərbaycan_prezidenti_ilə_görüşdü
Azərbaycan Respublikası prezidenti İran İslam Respublikasının sərhəd qoşunları komandanı ilə görüşdə iki ölkə sərhədlərini dostluq sərhədləri adlandırıb və deyib: Gömrük əməkdaşlıqları Bakı-Tehran əlaqələrində böyük əhəmiyyətə malikdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 11, 2018 16:44 Asia/Baku
  • İranın sərhəd qoşunları komandanı Azərbaycan prezidenti ilə görüşdü
    İranın sərhəd qoşunları komandanı Azərbaycan prezidenti ilə görüşdü

Azərbaycan Respublikası prezidenti İran İslam Respublikasının sərhəd qoşunları komandanı ilə görüşdə iki ölkə sərhədlərini dostluq sərhədləri adlandırıb və deyib: Gömrük əməkdaşlıqları Bakı-Tehran əlaqələrində böyük əhəmiyyətə malikdir.

Əl-Aləm kanalının bildirdiyinə görə, Azərbaycan prezidenti İlham Əliyev general-mayor Qasım Rzayi ilə görüşdə iki ölkə tacirlərinin gediş-gəlişi və İran ilə Azərbaycan arasında yüklərin daşınmasının asanlaşdırılmasına təkid edib.

Prezident İlham Əliyev həmçinin deyib: İranın sərhəd qoşunları komandanının Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin genişləndirilməsinə kömək edəcək.

İran İslam Respublikası sərhəd qoşunları komandanı da bu görüşdə iki ölkə arasında əlaqələrin genişlənməsinə təkid edib.

İranın sərhəd qoşunları komandanı bundan öncə Azərbaycanın Dövlət Sərhəd Xidmətinn rəisi, müdafiə naziri və daxili işlər naziri ilə də görüşüb.

General-mayor Rzayi Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin dəvəti ilə iki ölkənin sərhəd komandanlarının iclasında iştirak etmək üçün Bakıya səfər edib.