İİR sərhəd qoşunları komandanının Bakı səfərinin nailiyyətləri
-
İİR sərhəd qoşunları komandanının Bakı səfərinin nailiyyətləri
İranın sərhəd qoşunlarının komandanı Azərbaycan Respublikasına səfərinin sonunda bu səfərdə əldə olunmuş razılaşmaları son dərəcə yaxşı və dəyərli adlandırıb. O, deyib ki, bu səfərdə öncədən təyin edilmiş hədəflər əldə olunubdur.
Briqada generalı pasdar Qasem Rezayi iki ölkənin tarixi, dini və mədəni əlaqələrini sərhəd idarəçiliyi və ikitərəfli anlaşmalar üçün münasib zəmin adlandırıb.
O, Azərbaycan Respublikasının rəsmiləri ilə görüşlərinin nəticələrini yaxşı dəyərləndirib.
Bildirib ki, bu görüşlərdə terrorizmlə mübarizə və sərhəd məntəqələrinin təhlükəsizliyinə nəzarət barədə fikir mübadiləsi aparılıb.
Briqada generalı pasdar Qasem Rezayi qarşıdakı bir ay ərzində sərhəd məntəqəsində iki ölkənin sərhədçiləri və komandirləri ilə müştərək iclasın keçirilməsini bu səfərin nailiyyətlərindən adlandırıbdır.
O, iki ölkənin yerli məsul şəxsləri, sərhəd məntəqələrinin sakinləri və sərhədçilərinin iştirakı ilə novruz bayramının sıfır sərhəd nöqtəsində qeyd olunacağına da işarə edibdir.