Azərbaycan R-da həbsdə olan bir jurnalistin işinə xitam verilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i333071-azərbaycan_r_da_həbsdə_olan_bir_jurnalistin_işinə_xitam_verilib
Azərbaycan Respublikasının məhkəmə aparatı etirazların artmasına görə, bu ölkədə həbsdə olan jurnalistlərdən birinə qarşı yeni işə xitam veribdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 22, 2019 18:10 Asia/Baku
  • Azərbaycan R-da həbsdə olan bir jurnalistin işinə xitam verilib
    Azərbaycan R-da həbsdə olan bir jurnalistin işinə xitam verilib

Azərbaycan Respublikasının məhkəmə aparatı etirazların artmasına görə, bu ölkədə həbsdə olan jurnalistlərdən birinə qarşı yeni işə xitam veribdir.

Azərbaycan Respublikasının baş prokuroru bildirib ki, bu ölkənin prezidenti İlham Əliyevin göstərişinə əsasən, Mehman Hüseynova qarşı yeni cinayət işinə xitam verilir.

Mehman Hüseynov ikiillik həbsinin bitməsinə iki ay qalmış "zindanda zorakılıq tətbiq etmə"yə dair yeni iş və şikayətlə üzləşmişdi.

Bu ittihamın təsdiq ediləcəyi halda, Mehman Hüseynov daha yeddi il həbsə məhkum olunacaqdır.

Mehman Hüseynov məhkumluğunun son günlərində özünə qarşı yeni ittihamın irəli sürülməsini saxta iş adlandıraraq, ona etiraz kimi aclıq elan etmişdi.

Azərbaycan Respublikası dövlətinin müxalifləri də yanvarın 19-da aksiya keçirərək, Mehman Hüseynovvun və bu ölkədəki digər siyasi məhbusların azad edilmələrini istəyiblər.