İran "süni intellekt" sahəsində məqalə baxımından regionda birincidir
https://azeri.sahartv.ir/news/azərbaycan-i333160-İran_süni_intellekt_sahəsində_məqalə_baxımından_regionda_birincidir
İranın elm və informasiya texnologiyalarının inkişafı qərargahının katibi deyib ki, beynəlxalq sənədlərə əsasən, 2017-ci ildə İran "süni intellekt" sahəsində məqalə baxımından regionda birinci, dünyada isə 14-cü yerdə durubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 24, 2019 11:40 Asia/Baku
  • İran
    İran "süni intellekt" sahəsində məqalə baxımından regionda birincidir

İranın elm və informasiya texnologiyalarının inkişafı qərargahının katibi deyib ki, beynəlxalq sənədlərə əsasən, 2017-ci ildə İran "süni intellekt" sahəsində məqalə baxımından regionda birinci, dünyada isə 14-cü yerdə durubdur.

Mohəmmədreza Nili Əhmədabadi İranın ikinci telekanalının xüsusi xəbər dialoqu verilişində bildiribdir ki, süni intellektin bir hissəsi informasiya elmlərinin tapıntılarına söykənir. O, əlavə edib: İranın elm və informasiya texnologiyalarının inkişafı qərargahı beyinin öyrənilməsi üzrə vasitələrin yaradılması üçün modern elm və texnologiyaya söykənən qruplar yaradıb və bu sahədə müəyyən vasitələr düzəldilibdir.

İranın elm və informasiya texnologiyalarının inkişafı qərargahının katibi informasiya texnologiyalarının yüksəldilməsi və yaxşılaşdırılmasını İranın və dünyanın tərəqqisində təsirli adlandırıb.

Süni intellekt, mürəkkəb şəraiti dərk etmək, öyrənmək, həmçinin məsələlərin həlli üçün dəlillər və bilik kəsb etmək kimi "huşlu insani rəftarlar"a bənzər reaksiyalar verə bilən sistemlərə deyilir.