Paşinyan Qarabağ probleminin həlli ilə bağlı məyusedici çıxışı
https://azeri.sahartv.ir/news/azərbaycan-i333794-paşinyan_qarabağ_probleminin_həlli_ilə_bağlı_məyusedici_çıxışı
Almaniyanın federal kansleri Angela Merkellə birgə mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan özünün əvvəllər verdiyi bəyanatı xatırladıb ki, münaqişənin istənilən həll variantı Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 02, 2019 08:07 Asia/Baku
  • Paşinyan Qarabağ probleminin həlli ilə bağlı məyusedici çıxışı
    Paşinyan Qarabağ probleminin həlli ilə bağlı məyusedici çıxışı

Almaniyanın federal kansleri Angela Merkellə birgə mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan özünün əvvəllər verdiyi bəyanatı xatırladıb ki, münaqişənin istənilən həll variantı Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır.

 “Aysor.am” saytı xəbər verir ki, N.Paşinyan bununla əlaqədar deyib: “Ümid edirdim ki, münaqişənin həllinin Qarabağ və Ermənistan xalqları üçün məqbul olmasının zəruriliyi barədə Azərbaycan tərəfi də bəyanat verəcək. Təəssüf ki, belə bir şey eşitmədik. Bu bəyanatln tarixçəsi danışıqlar prosesindəki bütün vəziyyəti əks etdirir. Hələ ki, Azərbaycandan belə bəyanatlar yoxdur, biz, təəssüf ki, irəli gedəcəyimizlə bağlı böyük ümidlər bəsləyə bilmərik”.

Onun sözlərinə görə, Ermənistan Qarabağ münaqişəsinin sırf sülh yolu ilə həlli prinsipinə sadiqdir.

“Lakin qeyd etmək istəyirəm ki, Ermənistanın baş naziri kimi mən yalnız Ermənistanın adından danışıqlar apara bilərəm, Dağlıq Qarabağın adından yox”, - N.Paşinyan bildirib.