Azərbaycan Prezidenti: "İslahatlar davam etdiriləcək"
-
Azərbaycan Prezidenti: "İslahatlar davam etdiriləcək"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib ki, ölkəsində İslahatlar davam etdiriləcək.
Azərtac sayti xəbər verir ki, Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxış edən president vurğulayıb: “Ölkə qarşısında duran vəzifələrdən biri də iqtisadi gücümüzü artırmaqdır və bu istiqamətdə işlər aparılır. İslahatlar davam etdiriləcək. Bu islahatlar nəticə verir. Biz islahat naminə islahat aparmırıq ”, - deyə Azərbaycan dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Respublikası 1993-cü ildən başlayaraq ancaq inkişaf və tərəqqi yolu ilə gedir: “ Amma baxın, 1993-cü ilə qədər nələr baş verirdi. Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün hərbi çevrilişindən sonra vəziyyət daha da ağırlaşdı Azərbaycan demək olar ki, dünya xəritəsindən silinirdi. Məhz o hakimiyyətin xəyanətinə görə Azərbaycan torpaqları işğal altına düşmüşdür.”, - İlham Əliyev belə deyib.