Bakıda şiə məhbus ruhaninin aclıq aksiyası başa çatıb
Fev 17, 2019 18:05 Asia/Baku
-
Bakıda şiə məhbus ruhaninin aclıq aksiyası başa çatıb
Azərbaycan Respublikası Ziyalılar Hərəkatının sədri Müsəlman Birliyi Hərəkatı sədrinin Bakının Qobustan məhbəsindəki aclıq aksiyasının başa çatmasından xəbər verib.
Eldəniz Quliyev Qobustan məhbəsində Tale Bağırzadə ilə görüşündən xəbər verərək, deyib ki, o, xalqın onun sağlamlığından nigaran olmasından və aclıq aksiyasına son qoyması üzrə ardıcıl xahişlərindən xəbərdar olandan sonra ona son qoyubdur.
Azərbaycan Respublikası Ziyalılar Hərəkatının sədri və Məhbus Dindarların Hüquqlarını Müdafiə Komitəsinin üzvü əlavə edib ki, bu zindanda saxlanılan məhbus dindarlardan digəri- Cabbar Cabbarzadə ilə də görüşüb və onun başı və üzündə işgəncə əlamətlərini müşahidə edib.