Xocalı soyqırımının amilləri ilə bağlı bəyanat
https://azeri.sahartv.ir/news/azərbaycan-i335497-xocalı_soyqırımının_amilləri_ilə_bağlı_bəyanat
Bakıda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçirilmiş mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva və Hərbi Prokurorluğ birgə bəyanat səsləndiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 25, 2019 16:55 Asia/Baku
  • Xocalı soyqırımının amilləri ilə bağlı bəyanat
    Xocalı soyqırımının amilləri ilə bağlı bəyanat

Bakıda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçirilmiş mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva və Hərbi Prokurorluğ birgə bəyanat səsləndiriblər.

Bakıda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçirilmiş mətbuat konfransında Azərbaycan  Xarici İşlər Nazirliyinin   mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva  və Hərbi Prokurorluğ  birgə bəyanat səsləndiriblər

Bəyanatda deyilir ki, Xocalı soyqırımı nəticəsində Azərbaycan vətəndaşlarına 170 milyon dollardan çox maddi zərər dəyib.İRİB-in bakı ofisinin məlumatına görə ,  bu barədə  Xarici İşlər Nazirliyinin   mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva    bildirib ki, beynəlxalq ictimaiyyət BMT qətnamələri və digər sənədlər vasitəsilə həmin hadisələri pisləyib.L.Abdullayevanın sözlərinə görə, Ermənistanın əvvəlki rejiminin bəzi nümayəndələri, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələri Azərbaycan torpaqlarının işğalı prosesində, eləcə də Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edib.Hərbi Prokurorluğun Xüsusi İstintaq Şöbəsinin rəisi Emil Tağıyev öz növbəsində bildirib ki, hazırda Dağlıq Qarabağda törədilmiş cinayətlərin iştirakçısı olan 305 nəfərin məsuliyyətə cəlb olunması ilə bağlı iş aparılır. Onlardan 39 nəfəri Xocalı soyqırımının törədilməsində iştirak edib.O bildirib ki, sənədlər İnterpola göndərilib, amma bu günədək həmin şəxslərdən heç biri Azərbaycana ekstradisiya olunmayıb.E.Tağıyev əlavə edib ki, Xocalı soyqırımının istintaqı 5 istiqamət üzrə - soyqırım, işgəncə, terror, maddi zərər və ağır cinayətlər maddələri ilə aparılır.