Gürcüstan prezidenti Bakıda
-
Gürcüstan prezidenti Bakıda
Gürcüstan prezidenti xanım Salome Zurabişvili fevralın 27-də Azərbaycana səfərə edib.
Azərbaycan Respublikası prezidenti İlham Əliyev bu səfərin Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün önəmli addım olacağına əminliyini ifadə edib.
«Bu gün biz artıq təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik. Regional problemləri, bizim ikitərəfli və çoxtərəfli əməkdaşlığımızı müzakirə etdik. Bir daha gördük ki, bütün məsələlərlə bağlı bizim fikirlərimiz üst-üstə düşür»- Əliyev çıxışında bildirib.
«Bizim birgə həyata keçirdiyimiz layihələr həm ölkələrimiz, həm qitə, həm də dünya üçün önəmlidir. Yəni, biz çox uğurlu əməkdaşlıq formatı yarada bildik»-deyə İ.Əliyev iki ölkə arasında əməkdaşlığa işarə edib.
Görüşdə Gürcüstan prezidenti Salome Zurabişvili söyləyib ki, Azərbaycan və Gürcüstanı ilk növbədə böyük tarix, ənənələr birləşdirir: «Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub və mən də bu ənənəni davam etdirirəm. Bizim münasibətlərimizin alternativi yoxdur və perspektivli əlaqələrimiz var».