Elmar Məmmədyarovun İran səfərinin detalları məlum oldu
https://azeri.sahartv.ir/news/azərbaycan-i335907-elmar_məmmədyarovun_İran_səfərinin_detalları_məlum_oldu
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İrana səfərinin detalları məlum olub.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Mart 02, 2019 07:31 Asia/Baku
  • Elmar Məmmədyarovun İran səfərinin detalları məlum oldu
    Elmar Məmmədyarovun İran səfərinin detalları məlum oldu

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İrana səfərinin detalları məlum olub.

Trend-in məlumatına əsasən, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov 9 martda İrana səfər edəcək.

Məmmədyarov Tehranda bir sıra rəsmi görüşlər keçirəcək, o cümlədən iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşəcək.

Nazir Məmmədyarovun İrana səfəri çərçivəsində Şimal-Cənub dəhlizi, Rəşt-Astara dəmiryolu haqda müzakirələr aparılacaq.

Səfərdə iki ölkə əlaqələri, əlaqələrin inkişafı, regional məsələlər haqda danışıqlar olacaq.

Mətbuat konfransı zamanı Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Elmar Məmmədyarovun mart ayında İrana səfərinin planlaşdırıldığını demişdi.