İranın Araz azad zonasının Naxçıvan MR ilə həmkarlıqları araşdırılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i336150-İranın_araz_azad_zonasının_naxçıvan_mr_ilə_həmkarlıqları_araşdırılıb
İranın Araz azad zonasının icraçı müdirinin və onu müşayiət edən heyətin Naxçıvan Muxtar Respublikasına səfərində və bu muxtar respublikanın məsul şəxsləri ilə görüşündə qarşılıqlı əməkdaşlıqlar nəzərdən keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 05, 2019 09:58 Asia/Baku
  • İranın Araz azad zonasının Naxçıvan MR ilə həmkarlıqları araşdırılıb
    İranın Araz azad zonasının Naxçıvan MR ilə həmkarlıqları araşdırılıb

İranın Araz azad zonasının icraçı müdirinin və onu müşayiət edən heyətin Naxçıvan Muxtar Respublikasına səfərində və bu muxtar respublikanın məsul şəxsləri ilə görüşündə qarşılıqlı əməkdaşlıqlar nəzərdən keçirilib.

İranın Araz azad zonasının icraçı müdiri Mohsen Nəriman Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri ilə görüşdə iki tərəf arasındakı həmkarlıqların xoşməramlılıq və qardaşlıq ilə yanaşı uzun keçmişə malik olduğunu bildirib.

Nəriman dünya və regionun şəraitlərinə işarə edərək, Azərbaycan Respublikasını İranın ən mühüm və ən mötəbər qonşularından biri adlandırıbdır ki, daim bir çox ortaqlıqlara söykənməklə bir-birinin kənarında həmkarlığın genişləndirilməsi yolunu gediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri də Araz azad zonası xüsusiyyət təşkil etməklə İranla mövcud olan ortaqlıqları və həmkarlıqları mühüm adlandırıb.

Vasif Talıbov özünün və naxçıvanlı məsul şəxslərin İranın Araz azad zonası barədəki tanışlıqlarına işarə edərək, həmkarlıqların genişləndirilməsini mümkün adlandırıb.

Həmçinin İranın Araz azad zonasının Naxçıvan Muxtar Respublikası ilə həmkarlıqlarının genişləndirilməsi iranlı heyətin Naxçıvanın iqtisadiyyat naziri Famil Seyidovla görüşündə də nəzərdən keçirilibdir.