Bakıda ticarət mərkəzində yanğın baş verib
Mart 26, 2019 07:56 Asia/Baku
Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub.
“Report”un verdiyi məlumata görə, alov şiddətlənərək 8-ci kilometr bazarındakı bir neçə obyekti də bürüyüb.
“Diqlas” ticarət mərkəzində baş verən yanğın yaxınlıqdakı ticarət obyektlərinə də keçib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.