Bakıdakı bir ticarət mərkəzində geniş yanğn baş verib
Bakıdakı bir ticarət mərkəzində geniş yanğn baş verib. Bu hadisə yerli vaxtla səhər saat səkkizdə Bakının Nizami rayonunun səkkizinci kilometr qəsəbəsindəki "DİQİAS" adlı altımərtəbəli bir ticarət mərkəzində baş verib. Yanğın binanın birinci mərtəbəsindən başlanaraq, sonradan bütün binanı bürüyübdür.
Yanğının ticarət mərkəzinin fəaliyyətinin ilk saatlarında baş verməsinə görə, hadisədə insan tələfatı olmayıbdır.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanğının söndürülməsi üçün göstərilmiş fəaliyyətlərə toxunaraq, bu binanın fasadında oda həssas maddələrdən istifadə olunmasını yanğının alovlanmasında və onun söndürülməsində təsirsiz bilməyib və belə deyib: Buna baxmayaraq, alovun qonşu binalara sirayət etrməsinin qarşısının alınması üçün səy göstərildi.
Yanğın, yanğınsöndürənlərin saatlarla səylərindən sonra bu gün axşam söndürülüb.
Azərbaycan Respublikası fövqəladə hallar nazirliyinin mətbuat katibi Yəhya Babanlı da bu barədə deyib: Yanğının söndürülməsi üçün Bakıdakı və onun ətrafındakı yanğınsöndürmə qruplarından istifadə olunub və yanğınsöndürmə qruplarından əlavə, su şırnağına malik olan iki ədəd vertolyotdan istifadə edilibdir.