Cəbhədə azərbaycanlı hərbi qulluqçu həlak olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i337647-cəbhədə_azərbaycanlı_hərbi_qulluqçu_həlak_olub
Azərbaycan Respublikasının müdafiə nazirliyi bu ölkənin hərbi qüvvələrindən bir nəfərin münaqişəli Qarabağ məntəqəsində atəşkəs rejiminin pozulması nəticəsində öldürülməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 27, 2019 09:04 Asia/Baku
  • Cəbhədə azərbaycanlı hərbi qulluqçu həlak olub

Azərbaycan Respublikasının müdafiə nazirliyi bu ölkənin hərbi qüvvələrindən bir nəfərin münaqişəli Qarabağ məntəqəsində atəşkəs rejiminin pozulması nəticəsində öldürülməsindən xəbər verib.

Azərbaycan Respublikası müdafiə nazirliyinin məlumatında Ermənistan hərbi qüvvələri atəşkəs rejimini pozub, münaqişəli Qarabağ məntəqəsinin müxtəlif xətlərində təxribatçılıq törətməkdə ittiham olunaraq, deyilir: Dünən erməni hərbçilərin atəş açmaları nəticəsində Azərbaycan Respublikası Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz həyatını itiribdir.

Bu məlumata görə, Azərbaycan Respublikası ordusunun hərbi bölmələri Ermənistan hərbi qüvvələrinin Qarabağdakı təxribatçılıqlarının qarşısını alaraq, hazırda bu məntəqədəki ön cəbhə xəttində vəziyyətə tam nəzarət edirlər.