Bakı Ermənistan müdafiə nazirinin sözlərinə etiraz edib
Apr 01, 2019 16:20 Asia/Baku
-
Bakı Ermənistan müdafiə nazirinin sözlərinə etiraz edib
Azərbaycan Respublikasının xarici işlər nazirliyi Ermənistan müdafiə nazirini sülh yerinə, yeni müharibə təfəkkürünü irəli sürməkdə ittiham edib.
Azərbaycan Respublikasının xarici işlər nazirliyi Ermənistan müdafiə naziri David Tonoyanın Nyu-York erməniləri qarşısındakı sözlərinə reaksiyada bir bəyanatda bildirib:
David Tonoyanın sözləri Ermənistan hökumətinin yüksək vəzifəli rəsmiləri səviyyəsində İrəvanın Azərbaycan Respublikasına qarşı qəsbkarcasına siyasətinə digər bir etirafdır.
Azərbaycan Respublikası xarici işlər nazirliyinin bəyanatı elə bir halda yayılıbdır ki, bu respublikanın prezidenti Ermənistanın baş naziri Nikol Paşinya ilə Vyanadakı ilk görüşünü konstruktiv adlandırmışdı.