‘Diqlas’ın taleyinə tam aydınlıq gəldi
-
‘Diqlas’ın taleyinə tam aydınlıq gəldi
Bakıda “Diqlas” Ticarət Mərkəzinin yerləşdiyi binanın taleyinə tam aydınlıq gəlib və mərkəzin sökülməsi qərara alınıb.
Bu barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aprelin 4-də yaydığı məlumatda bildirilir.
Nazirliyin saytında yer alan məlumata görə, bu qərar mütəxəssislərin rəyi əsasında çıxarılıb.
Baş verən yanğından sonra mərkəzin yerləşdiyi binanın söküləcəyi ehtimal edilirdi. Amma rəsmi qurumlar belə fikirləri təsdiq etməmişdilər.
Martın 26-da səhər saat 8 radələrində “Diqlas” Ticarət Mərkəzində yanğın başladığı açıqlanmışdı. Nəticədə həm dördmərtəbəli mərkəz, həm də ona bitişik bir sıra binalar yanmışdı. 10-dan çox şəxsin xəsarət gördüyü bildirilirdi.
Rəsmi qurumlar yanğının baş vermə səbəblərini araşdırırlar.
Mərkəzdə mağazaları olan sahibkarlar onlara ciddi şəkildə ziyan dəydiyini açıqlayıblar. Sahibkarların bir çoxunun bildirməsinə görə, mallarının sığortası olmayıb. Ümumilikdə 400-dən çox şəxsə ziyan dəydiyi bildirilir.