Bakı və Ankara birgə hərbi manevr keçirəcəklər
https://azeri.sahartv.ir/news/azərbaycan-i339305-bakı_və_ankara_birgə_hərbi_manevr_keçirəcəklər
Türkiyə ilə Azərbaycan Respublikası arasında birgə taktiki manevr mayın əvvəlindən Azərbaycan Respublikasında keçiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 23, 2019 12:22 Asia/Baku
  • Bakı və Ankara birgə hərbi manevr keçirəcəklər
    Bakı və Ankara birgə hərbi manevr keçirəcəklər

Türkiyə ilə Azərbaycan Respublikası arasında birgə taktiki manevr mayın əvvəlindən Azərbaycan Respublikasında keçiriləcək.

Bu manevr Türkiyə ilə Azərbaycan Respublikası arasındakı həmkarlıqlar çərçivəsində mayın birindən üçünədək icra olunacaq. Manevrdə məqsəd, iki ölkə arasında birgə hərbi layihələrin hazırlanması, hərbi hazırlıq və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi , həmçinin bu sahədə lazımi koordinasiyaların həyata keçirilməsidir.

Azərbaycan Respublikasının müdafiə nazirliyindən daxil olan xəbərlərə əsasən, manevrdə iştirak üçün bu ölkəyə gəlmiş Türkiyə rəsmiləri Azərbaycan Respublikasının hərbi rəsmiləri tərəfindən rəsmi şəkildə qarşılanıblar.