Bakı ilə Pekin arasında on əməkdaşlıq sənədi imzalanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i339396-bakı_ilə_pekin_arasında_on_əməkdaşlıq_sənədi_imzalanıb
Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Çinə səfəri gedişində iki ölkə şirkətlərinin məsul şəxsləri arasında 821 milyon dollar dəyərində iqtisadi və abadlıq müqavilələri imzalanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 25, 2019 12:04 Asia/Baku
  • Bakı ilə Pekin arasında on əməkdaşlıq sənədi imzalanıb

Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Çinə səfəri gedişində iki ölkə şirkətlərinin məsul şəxsləri arasında 821 milyon dollar dəyərində iqtisadi və abadlıq müqavilələri imzalanıb.

Bu müqavilələr "Bir qurşaq-Bir yol" adı altında Pekində keçirilən Yeni ipək yolu layihəsi üzrə ikinci beynəlxalq konfransının kənarında Çin və Azərbaycan Respublikasının məsul şəxsləri arasında imzalanıb.

Bu müqavilələr Bakıda avtomobil şinlərinin istehsalı zavodunun inşası, Kürdəmir rayonunda 300 hektarlıq istixana kompleksinin yaradılması və Azərbaycan Respublikasının bir neçə digər şəhərində sənaye-kənd təsərrüfatı parklarının işə salınmasına şamil olur.

İlham Əliyevin Pekinə səfərində həmçinin Çinin bir neçə şəhərində Azərbaycan Respublikasının ticarət otağının yaradılması barədə memorandum imzalanıb.