Moskva-Bakı ticarət mübadilələri 14 qat artıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i339520-moskva_bakı_ticarət_mübadilələri_14_qat_artıb
Rusiya prezidenti Azərbaycan Respublikası ilə ticarət mübadilələri səviyyəsinin 14 qat artmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 28, 2019 07:59 Asia/Baku
  • Moskva-Bakı ticarət mübadilələri 14 qat artıb
    Moskva-Bakı ticarət mübadilələri 14 qat artıb

Rusiya prezidenti Azərbaycan Respublikası ilə ticarət mübadilələri səviyyəsinin 14 qat artmasından xəbər verib.

Vladimir Putin Çin paytaxtında "Bir qurşaq-Bir yol" adlı beynəlxalq konfransın kənarında öz azəri həmkarı İlham Əliyevlə görüşdə ikitərəfli əlaqələr haqda deyib: 2018-ci ildə iki ölkə arasında ticarət mübadilələri səviyyəsi 14 qat artıb və 2,5 milyard dollara çatıbdır.

Rusiya prezidenti əlavə edib: Rusiya, Azərbaycan Respublikası və İran prezidentlərinin növbəti iclası cari ilin avqust ayında Rusiyada keçiriləcək.

Üç ölkə başçılarının ilk iclası 2016-cı ilin avqustunda Bakıda, iclasın ikinci turu isə 2017-ci ilin noyabrında Tehranda keçirilibdir.