Azərbaycanlı millət vəkili Britaniyanı tənqid atəşinə tutdu
https://azeri.sahartv.ir/news/azərbaycan-i340554-azərbaycanlı_millət_vəkili_britaniyanı_tənqid_atəşinə_tutdu
Azərbaycan Respublikası Milli Məclisinin üzvlərindən biri bu ölkənin paytaxtı Bakı şəhərini təhlükəsizliyə malik olmayan şəhər kimi qələmə verdiyi üçün Britaniyanı tənqid atəşinə tutub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 18, 2019 14:39 Asia/Baku
  • Azərbaycanlı millət vəkili Britaniyanı tənqid atəşinə tutdu
    Azərbaycanlı millət vəkili Britaniyanı tənqid atəşinə tutdu

Azərbaycan Respublikası Milli Məclisinin üzvlərindən biri bu ölkənin paytaxtı Bakı şəhərini təhlükəsizliyə malik olmayan şəhər kimi qələmə verdiyi üçün Britaniyanı tənqid atəşinə tutub.

Siyavuş Novruzov Yeni Müsavat qəzetinə verdiyi müsahibədə dedi: Necə olur ki, neft çıxartdıqları zaman Bakı britaniyalılar üçün təhlükəli şəhər olmur, amma, Avropa Futbol Liqasında iştirak etmək istəyəndə təhlükəli olur?

Millət vəkili Britaniyalılara xitabən dedi: Əfqanıstan müharibəsində iştirak etdiyiniz zaman yüklərinizi daşımaq üçün Azərbaycan səmasından istifadə edən zaman Azərbaycan nə dərəcədə təhlükəsiz idisə, indi də Avropa Futbol Liqasının keçirilməsi üçün bir o qədər təhlükəsizdir.

UEFA  Avropa Futbol Liqasının final matçının 29 may 2019-cu ildə Bakının Olimpiya Stadionunda keçiriləcəyini açıqlayıb.