XİN: ‘Bu addım Ermənistanın sülhə hazır olmadığını nümayiş etdirdi’
https://azeri.sahartv.ir/news/azərbaycan-i340895-xİn_bu_addım_ermənistanın_sülhə_hazır_olmadığını_nümayiş_etdirdi’
Arsenal futbol klubunun oyunçusu Henrikh Mkhitaryanın BakıyaAvropa Liqasının final oyununa gәlmәməsi və Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bundan bəhs etməsinə Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) də münasibət bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 22, 2019 03:51 Asia/Baku
  • XİN: ‘Bu addım Ermənistanın sülhə hazır olmadığını nümayiş etdirdi’
    XİN: ‘Bu addım Ermənistanın sülhə hazır olmadığını nümayiş etdirdi’

Arsenal futbol klubunun oyunçusu Henrikh Mkhitaryanın BakıyaAvropa Liqasının final oyununa gәlmәməsi və Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bundan bəhs etməsinə Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) də münasibət bildirib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanin fikrincə, Ermənistan XİN-in Henrikh Mkhitaryanın Bakıya səfər etməməsi ilə bağlı açıqlaması, bu ölkənin daxili siyasi problemləri səbəbindən idmanı siyasət alətinə çevirmək cəhdlərindən xəbər verir. Mətbuat katibi vurğulayıb ki, “Ermənistan XİN-in belə bir oyunda iştirak etməsi yalnız təəssüf doğurur”

Leyla Abdullayeva daha sonra əlavə edib:

“Bu addım Ermənistanın, Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında qeyd edildiyi kimi, xalqların sülhə hazırlanmasına hazır olmadığını aydın şəkildə nümayiş etdirdi”.