Azərbaycan R. XİN erməni mənşəli futbolçunun Bakıda iştirak etməməsinə etiraz edib
-
Azərbaycan R. XİN erməni mənşəli futbolçunun Bakıda iştirak etməməsinə etiraz edib
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Arsenal futbol klubunun erməni mənşəli futbolçunun Avropa liqasının Bakıda keçiriləcək final görüşündə iştirak etməməsinə etiraz edib.
Leyla Abdullayeva CNN telekanalının idman müxbirinin Arsenal futbol klubunun erməni mənşəli futbolçunun Avropa liqasının Bakıda keçiriləcək final görüşündə iştirak etməkdən vaz keçməsi barədəki sualının cavabında deyib: Erməni rəsmiləri idmandan siyasi bir vasitə kimi istifadə edirlər.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, bu ölkənin hökuməti idman yarışlarının bütün iştirakçılarının və onların bu ölkədəki tərəfdarlarının təhlükəsizliklərinə zəmanət verir.
Son zamanlar Ermənistan Xarici İşlər Nazirliyinin media xidmətinin katibi Anna Naqdaliyan demişdi ki, əgər Azərbaycan Respublikası Arsenal futbol klubunun oyunçusu Henrik Mixtariyanın təhlükəsizliyi üçün yetərincə zəmanətlər verərsə, bu nazirlik olnun Bakıya səfəri ilə müxalifət etməyəcəkdir.
Qeyd edək ki, Avropa liqasının finalı üzrə “Arsenal” və “Çelsi” komandalarının qarşılaşması 29 may tarixində Bakının Olimpiya Stadionunda baş tutacaq.