Bakıda İsrail səfirliyinin yaxınlığında aksiya
May 31, 2019 12:34 Asia/Baku
Azərbaycan İslam Partiyasının bir qrup üzvü Qüds günü münasibətilə Bakıda İsrail səfirliyinin yaxınlığında piket keçirib.
İRİB-nin bildirdiyinə görə, piket iştirakçıları ABŞ və sionist rejimin Qüdsə qarşı işğalçılıq siyasətlərinə etiraz edərək, ABŞ və sionist rejim əleyhinə şüarlar veriblər.
Aksiya iştirakçıları həmçinin, ABŞ-a ölüm, İsrailə ölüm, Qüds müsəlmanların birinci qibləsidir və digər şüarlar veriblər.
Bəzi məlumatlara görə, aksiya iştirakçılarından bir neçəsi polis tərəfindən saxlanılıb və Yasamal Rayon Polis Bölməsinə aparılıb. Qüds günü münasibətilə bu gün Bakıda İsrail səfirliyinin ətrafında təhlükəsizlik tədbirləri artırılıb.