Bakı “Boeing 737” təyyarələrindən imtina etdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i341841-bakı_boeing_737_təyyarələrindən_imtina_etdi
Azərbaycan Respublikası “Boeing” şirkəti ilə 10 ədəd “Boeing 737 MAX-8” tipli sərnişin təyyarəsinin alışını nəzərdə tutan müqaviləni ləğv edib. Buna səbəb, həmin təyyarə ilə bağlı çoxlu sayda qəzanın baş verməsi olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 04, 2019 04:58 Asia/Baku
  • 
Bakı “Boeing 737” təyyarələrindən imtina
    Bakı “Boeing 737” təyyarələrindən imtina

Azərbaycan Respublikası “Boeing” şirkəti ilə 10 ədəd “Boeing 737 MAX-8” tipli sərnişin təyyarəsinin alışını nəzərdə tutan müqaviləni ləğv edib. Buna səbəb, həmin təyyarə ilə bağlı çoxlu sayda qəzanın baş verməsi olubdur.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti bildirib ki, bu şirkət 10 ədəd “Boeing 737 MAX-8” tipli sərnişin təyyarəsinin alışını nəzərdə tutan müqavilənin ləğv edildiyini “Boeing” şirkətinə elan edib və hazırda yeni sərnişin təyyarələri almaq məqsədilə təyyarə istehsalı üzrə digər iri şirkəktlərlə müzakirə aparmaqdadır.

Ötən il oktyabrın 29-da “Boeing 737 MAX-8” təyyarəsinin süqut etməsi onun 189 sərnişinin həyatına son qoydu.

2019-cu il mart ayının 10-da da Əddis-Əbəbədən çıxan Efiopiya hava yolları şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində onun bütün sərnişinləri, yəni 157 nəfər həyatını itirdi.

Qəzadan sonra dünyanın 30-dan çox aviaşirkəti 737 MAX təyyarələrindən istifadədən imtina edib. Avropa İttifaqı, ABŞ, Rusiya və başqa ölkələr öz hava məkanlarında bu modeldən olan təyyarələrin uçuşuna qadağa qoyublar.

Amerika da “Boeing 737 MAX-8” təyyarəsini qadağan edibdir.