Naxçıvanda Azərbaycan R.-Türkiyə birgə hərbi təlimləri başlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i342054-naxçıvanda_azərbaycan_r._türkiyə_birgə_hərbi_təlimləri_başlanıb
Dünən Naxçıvan Muxtar Respublikasında “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2019 07:45 Asia/Baku
  • Naxçıvanda Azərbaycan R.-Türkiyə birgə hərbi təlimləri başlanıb
    Naxçıvanda Azərbaycan R.-Türkiyə birgə hərbi təlimləri başlanıb

Dünən Naxçıvan Muxtar Respublikasında “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb.

Azərbaycan Respublikasının müdafiə nazirliyi bildirib ki, təlimə 5000 nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri cəlb olunub.

Təlimin məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır.

“Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi iyunun 11-dək davam edəcək.