İranın ürək-damar cərrahiyəsi sahəsindəki bacarıqları təqdim olunub
-
İranın ürək-damar cərrahiyəsi sahəsindəki bacarıqları təqdim olunub
Dünyanın on beş ölkəsindən olan ürək-damar cərrahiyyəsi mütəxəssislərinin iştirakı ilə "Bakı ürək günləri" adlı 6-cı beynəlxalq ürək-damar cərrahiyəsi konqresi keçirilməkdədir.
Dünəndən başlanmış bu konqresdə ürək-damar cərrahiyəsi üzrə əlli mütəxəssis bu sahədəki son tibbi və elmi nailiyyətlər ətrafında fikir mübadiləsi aparacaq.
Bu beynəlxalq konqresdə İrandan ürək-damar cərrahiyəsi üzrə baş ekspert doktor Əbbas Əfrasiyabi və ürək-damar cərrahiyəsi üzrə baş ekspert doktor Rezayət Pərvizi iştirak edirlər. Onların hər ikisi Təbriz Tibb Elmləri Universitetini təmsil edir.
Doktor Əbbas Əfrasiyabi bu konqresdə ürəyin homoqref klapanlarının istehsalında İranın bacarıqları, həmçinin polmoner klapanının mövqeyində münasib klapanın əvəz edilməsi barədə çıxış edib.