Azərbaycan R., Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin üçtərəfli görüşü
https://azeri.sahartv.ir/news/azərbaycan-i342274-azərbaycan_r._türkiyə_və_gürcüstanın_müdafiə_nazirlərinin_üçtərəfli_görüşü
Azərbaycan Respublikası, Türkiyə və Gürcüstanın müdafiə nazirləri sabah görüşərək, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2019 15:45 Asia/Baku
  • Azərbaycan R., Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin üçtərəfli görüşü
    Azərbaycan R., Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin üçtərəfli görüşü

Azərbaycan Respublikası, Türkiyə və Gürcüstanın müdafiə nazirləri sabah görüşərək, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Azərbaycan Respublikası müdafiə nazirliyi saytının məlumatına görə, bu üçtərəfli görüş sabah Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov, Türkiyənin müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Levan İzoriyanın iştirakı ilə Azərbaycan Respublikasının Qəbələ şəhərində keçiriləcəkdir.

Bu görüşdə üç ölkənin müdafiə nazirləri üçtərəfli hərbi həmkarlıqların genişləndirilməsi, regional layihələrin təhlükəsizliklərinin təmini və digər məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.