İnqilab Rəhbərinin vurğunu olan Ukrayna güləşçisi kimdir?
https://azeri.sahartv.ir/news/azərbaycan-i342281-İnqilab_rəhbərinin_vurğunu_olan_ukrayna_güləşçisi_kimdir
Ukraynanın azərbaycanəslli güləşçisi Əhli-Beyt(ə)-a, hərəm müdafiəçisi şəhidlərinə və ölkməzin böyüklərinə, o cümlədən İslam İnqilabının Böyük Rəhbərinə və mərhum Ayətullah Behcətə, bir ürəyə sığmayan məhəbbətə malikdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 12, 2019 06:31 Asia/Baku
  • Elmar Nurəliyev
    Elmar Nurəliyev

Ukraynanın azərbaycanəslli güləşçisi Əhli-Beyt(ə)-a, hərəm müdafiəçisi şəhidlərinə və ölkməzin böyüklərinə, o cümlədən İslam İnqilabının Böyük Rəhbərinə və mərhum Ayətullah Behcətə, bir ürəyə sığmayan məhəbbətə malikdir.

Ukraynada güləş çempionatında qızıl medal almağa müvəffəq olmuş Ukraynanın azərbaycanəslli güləşçisi Elmar Nurəliyev üzərində İnqilab Rəhbərinin şəkili olan köynəklə mükafatların verildiyi pyedestal üzərinə çıxıbdır. Nurəliyev 2018-ci ildə 23 yaşından aşağı güləşçilər arasında yunan-roma güləşi üzrə Avorpa çempionatında 77 kiloqram çəki dərəcəsində üçüncü olmağa müvəffəq olubdur.

O, həmçinin 2017-ci ildə dünya orduları çempionatının gümüş medalçısı olub və elə həmin ildə gənclərin Avropa çempionatında da ikinci olubdur.

Bu güləşçinin səhifəsində yayılmış şəkillərdə diqqəti çəkən cəhətlər, onun İrana səfəri, müqəddəs Cəmkəran məscidi və Həzrət Məsumə(s.ə)-nın hərəmini ziyarət etməsi və Ayətullah Behcət(r.ə)-in məzarı üstünə getməsi barədəki şəkillərdir.