Azərbaycan Respublikasından İrana səfərlər artıbdır
https://azeri.sahartv.ir/news/azərbaycan-i344910-azərbaycan_respublikasından_İrana_səfərlər_artıbdır
Azərbaycan Respublikası turistlərinin cari ilin ilk beş ayında İran İslam Respublikasına səfərləri 71,4 faiz artıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 23, 2019 16:06 Asia/Baku
  • Azərbaycan Respublikasından İrana səfərlər artıbdır
    Azərbaycan Respublikasından İrana səfərlər artıbdır

Azərbaycan Respublikası turistlərinin cari ilin ilk beş ayında İran İslam Respublikasına səfərləri 71,4 faiz artıbdır.

Azərbaycan Respublikası dövlət statistika komitəsinin məlumatına görə, cari ilin ilk beş ayında iki milyon 540 min 900 Azərbaycan Respublikası vətəndaşı digər ölkələrə səfər edibdir ki, bu turistlərin ən çox miqdarı, yəni 39,1 faizi öz səfər məqsədi kimi İran İslam Respublikasını seçibdir.

Bu müddətdə İranı öz səfər məqsədləri kimi seçmiş Azərbaycan Respublikası turistlərinin sayı öncəki ilin müvafiq dövrü ilə müqayisədə 71,4 faiz artıbdır.

İran İslam Respublikasından sonra Gürcüstan, Rusiya və Türkiyə dururlar.