İranın iki raketatan kreyseri Bakı sahillərinə yan alıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i345375-İranın_iki_raketatan_kreyseri_bakı_sahillərinə_yan_alıb
İran İslam Respublikası ordusunun dəniz qoşunlarının "Peykan" və "Couşən" raketatan kreyserləri 2019-cu il dəniz kuboku hərbi yarışlarında iştirak üçün bu gün Bakı sahillərinə yan alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 30, 2019 13:01 Asia/Baku
  • İranın iki raketatan kreyseri Bakı sahillərinə yan alıb
    İranın iki raketatan kreyseri Bakı sahillərinə yan alıb

İran İslam Respublikası ordusunun dəniz qoşunlarının "Peykan" və "Couşən" raketatan kreyserləri 2019-cu il dəniz kuboku hərbi yarışlarında iştirak üçün bu gün Bakı sahillərinə yan alıblar.

Bu iki iranlı gəmi bu gün günortadan öncə Azərbaycan Respublikasının dəniz qoşunları tərəfindən bu qüvvələrin komandan müavini Natiq Bağırovun başçılığı altında hərbi və rəsmi şəkildə qarşılanıbdır. Qarşılama mərasimində İranın Bakıdakı səfiri Cavad Cahangirzadə, İranın bu səfirlikdəki hərbi attaşesi və bir qrup səfirlik işçisi də iştirak edibdir.

2019-cu il dəniz kuboku hərbi yarışları avqustun beşindən on beşinədək İran İslam Respublikası, Rusiya, Qazaxıstan və Azərbaycan Respublikası kimi dörd xəzəryanı ölkənin eskadralarının iştirakı ilə bu ölkənin sahil sularında keçiriləcək.