Bakıda beynəlxalq kitab sərgisi başlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i349481-bakıda_beynəlxalq_kitab_sərgisi_başlanıb
İranın iştirakı ilə Bakıda beynəlxalq kitab sərgisi açılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 28, 2019 08:11 Asia/Baku
  • Bakıda beynəlxalq kitab sərgisi başlanıb
    Bakıda beynəlxalq kitab sərgisi başlanıb

İranın iştirakı ilə Bakıda beynəlxalq kitab sərgisi açılıb.

Bu beynəlxalq kitab sərgisində dünyanın 22 ölkəsindən 125 naşir, o cümlədən İran İslam Respublikasının Bakıdakı səfirliyinin mədəniyyət attaşesi və mədəniyyət sərgsi müəssisəsi İranı təmsil edirlər.

İranın mədəniyyət sərgsi müəssisəsinin pavilyonunda İran naşirlərinin/ bir qismi azərbaycan dilinə təcürmə olunmuş fars dili, iranşünaslıq, uşaq-yeniyetmə və incəsənət sahələri üzrə 400-dən çox adda kitabı sərgilənib.

İranın Bakı kitab sərgisindəki pavilyonunun məsul şəxsi Murad Xəzayi deyib: Bakı və Tehran kitab sərgiləri arasında imzalanmış razılaşmaya əsasən, ikinci dəfə olaraq bu sərgidə iştirak edirik.

Bu beynəlxalq kitab sərgisi sentyabrın 29-dək davam edəcək.