Azərbaycan Respublikasında "Uşaqlar üçün sülh xəyalı və müharibənin sonu" sərgisi təşkil olunub
https://azeri.sahartv.ir/news/azərbaycan-i349942-azərbaycan_respublikasında_uşaqlar_üçün_sülh_xəyalı_və_müharibənin_sonu_sərgisi_təşkil_olunub
Bakıda azərbaycanlı rəssamların iştirakı ilə "Uşaqlar üçün sülh xəyalı və müharibənin sonu" adlı sərgi keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2019 13:49 Asia/Baku
  • Azərbaycan Respublikasında
    Azərbaycan Respublikasında "Uşaqlar üçün sülh xəyalı və müharibənin sonu" sərgisi təşkil olunub

Bakıda azərbaycanlı rəssamların iştirakı ilə "Uşaqlar üçün sülh xəyalı və müharibənin sonu" adlı sərgi keçirilib.

Azərbaycan Rəssamlar Birliyi və İran İslam Respublikası Səfirliyinin Mədəniyyət Attaşesinin təşəbbüsü ilə Bakıdakı "Şəhriar" Evində təşkil edilən sərgidə, əksəriyyəti yeniyetmə və gənc olan 150 Azərbaycan rəssamı özünün sülh mövzusunda olan rəsm əsərlərini sərgiləyibdir.

Uşaqların təlim-tərbiyəsi və inkişafı üçün sülh və təhlükəsizlik zərurəti, hər cür müharibə və qan tökülməsinin qarşısını almaq, uşaqların istəklərinə diqqət, həmçinin uşaq və təbiət sərgidə nümayiş olunan tabloların əsas mövzuları sırasında idi. Həmçinin İran İslam Respublikası və Azərbaycan Respublikasının dostluğu mövzusunda rəsm əsərləri də tamaşaçılara təqdim olunubdur.