Qafqaz Müsəlmanları İdarəsinin sədri prezident Ruhani ilə görüşüb
-
Qafqaz Müsəlmanları İdarəsinin sədri prezident Ruhani ilə görüşüb
İran İslam Respublikasının prezidenti dünən gecə Bakıda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Allahşükür Paşazadə ilə görüşdə İran və Azərbaycan Respublikası xalqlarının dini və qədim bağlılıqlarını iki ölkə həmkarlıqlarının gücləndirilməsində mühüm amil adlandırıb. Vurğulayıb ki, islami cəmiyyətlər arasında birliyin əsasları daha da gücləndirilməlidir.
Həsən Ruhani bu görüşdə bildirib ki, zülm, ekstremizm və terrorizm ilə mübarizə müsəlmanlar daxil olmaqla bütün ilahi dinlərin borcudur və müqəddəs İslam dininin rəhimli siması bütün dünya xalqları üçün təsvir edilməlidir.
İran İslam Respublikasının prezidenti həmçinin iki ölkə xalqlarının gediş-gəlişlərinin artmasını İran və Azərbaycan Respublikası xalqlarının daha da yaxınlaşmaları və qarşılıqlı münasibətlərin genişləndirilməsi istiqamətində dəyərli bir addım adlandırıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Allahşükür Paşazadə də bu görüşdə bölgə və Azərbaycan Respublikasının vəziyyəti haqda məlumat təqdim edərək, Tehran-Bakı münasibətlərinin günü-gündən genişlənməsini iki ölkənin və regionun xeyrinə adlandırıb.