Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Sammiti keçirilir
Okt 25, 2019 07:43 Asia/Baku
-
Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Sammiti keçirilir
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü keçirilir.
XVIII Bakı Zirvə Görüşündə 60-dan çox ölkənin dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri iştirak edirlər.
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə 4 yekun sənədin qəbulu gözlənilir.
Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olub. Onu da deyək ki, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat isə Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.