Ruhaninin Bakıya səfəri Azərbaycan R. medialarında geniş şəkildə işıqlandırılıb
-
Ruhaninin Bakıya səfəri Azərbaycan R. medialarında geniş şəkildə işıqlandırılıb
İran İslam Respublikası prezidentinin Azərbaycan Respublikası prezidentinin dəvəti ilə Qoşulmama Hərəkatının 18-ci zirvə görüşündə iştirak üçün Bakıya səfər etməsi bu ölkə medialarında geniş rezonans döğurub.
Azərbaycan Respublikası mediaları bu səfərin inikasında İran İslam Respublikası prezidenti Həsən Ruhaninin Qoşulmama Hərəkatının 18-ci zirvə görüşündəki çıxışı, eləcə də İlham Əliyevlə ikitərəfli görüşünü diqqət mərkəzinə alıblar.
APA, AzəRtac, Trend, Report, Teleqram kimi xəbər saytları, rəsmi Azərbaycan və Xalq qəzetləri, eləcə də AzTV, ATV, Lider, Space və Xəzər telekanalları özlərinin xəbər bülletenlərində İran prezidentinin öz azəri həmkarı ilə görüşü, habelə Qoşulmama Hərəkatına üzv ölkələrin 18-ci zirvə görüşündəki çıxışını işıqlandırıblar.
Qoşulmama Hərəkatına üzv ölkələrin ikigünlük 18-ci zirvə görüşü cümə günü İran İslam Respublikası prezidentinin iştirakı ilə Bakıda işə başladı.
Dövri sədrliyi Venesueladan üç il müddətinə Azərbaycan Respublikasına tapşırılan bu sammit bu gün yekun sənəd və birgə bəyanat yayaraq, öz işini başa vuracaq.