AR-də həbsdə olan din xadimlərindən birinin həyatı təhlükə qarşısındadır
-
AR-də həbsdə olan din xadimlərindən birinin həyatı təhlükə qarşısındadır
Azərbaycan Respublikası Ruhanilər Birliyinin üzvü bu ölkədə həbsdə olan din xadimlərindən höccətulislam Abgül Süleymanovun həyatının təhlükəyə düşməsi haqda xəbərdarlıq edib.
“Müsəlman Xalq” adlı internet televiziyasının məlumatına görə, höccətulislam Tohid İbrahimbəyli deyib: Zindanda Fikrət adında bir şəxsə Hacı Abgül Süleymanova işgəncə vermək tapşırılıb. O, bu məhbus din xadimini qətlə yetirməklə hədələyib.
Azərbaycan Respublikası Ruhanilər Birliyinin üzvü vurğulayıb ki, Bakıda həbsdə olan inqilabçı din xadimləri puç bəhanələrlə həbs olunublar. O, bu ölkə xalqından istəyibdir ki, həbsdə olan ruhanilərin azadlığı yolunda səy göstərsinlər.
“Rəəd” internet kanalı da Azərbaycan Respublikası xalqından istəyibdir ki, Suriyada İŞİD terror qrupunun məhv edilməsində rol oynamış və Azərbaycan Respublikasına geri döndükdən sonra həbs olunaraq, zindana atılmış hərəm müdafiəçiləri Elmir Zahidov, Həbib İbrahimli, Pərviz Musayev, Vüsal Nuriyev və Tale Göyüşova dəstək versin.