Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i352156-azərbaycan_və_ermənistan_qoşunlarının_təmas_xəttində_növbəti_monitorinq_keçiriləcək
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 12, 2019 13:20 Asia/Baku
  • Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
    Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

  
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 13-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
 
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.
 
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç və Gennadi Petrika keçirəcəklər.