İran-Naxçıvan elmi həmkarlıqları genişlənir
-
İran-Naxçıvan elmi həmkarlıqları genişlənir
İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Seyyed Əhməd Hoseyninin Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov ilə görüşündə bu universitetin İranın elmi mərkəzlərilə elmi əməkdaşlıqları nəzərdən keçirilib.
Görüşdə Naxçıvan Dövlət Universiteti ilə İranın, o sıradan Şərqi və Qərbi Azərbaycan vilayətlərinin elmi mərkəzləri arasında həmkarlıqların önəmi vurğulanıb.
Məhərrəmov bir çıxışda İran xarici işlər nazirinin Naxçıvana son səfərinə və bu universitetdə olmasına işarə edərək, onu önəmli hadisə adlandırıb və belə deyib: Naxçıvan Dövlət Universiteti İran İslam Respublikası və Türkiyə kimi qonşu ölkələrin ali təhsil ocaqları daxil olmaqla müxtəlif universitetlərlə yaxın əlaqəyə malik olmağa çalışır.
İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu da bu universitetdə olmasından məmnunluq ifadə edərək, İranın, xüsusən Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ali təhsil ocaqlarının əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildirib.